Suriyada müvəqqəti hökumətin formalaşdırılması barədə bəyanat verildi
Suriyanın formalaşdırılmış müvəqqəti
hökuməti 2025-ci ilin martınadək fəaliyyət göstərəcək.
TodayPress “əl-Vətən” qəzetinə istinadən xəbər verir
ki, bunu ölkənin müvəqqəti baş naziri vəzifəsini icra edən Məhəmməd əl-Bəşir
bildirib.
“Müvəqqəti hökumət formalaşdırılıb, o, “xilas
hökuməti”ndən olan bir neçə nazirdən ibarətdir. Bu, konstitusiya məsələləri
həll olunanadək 2025-ci ilin martına qədər fəaliyyət göstərəcək müvəqqəti
hökumətdir” əl-Bəşir açıqlayıb.
O qeyd edib ki, hökumət ölkənin parçalanmasının qarşısını
almaq üçün təhlükəsizliyin təmin edilməsi və dövlət qurumlarının sabitliyinin
qorunması ilə məşğul olacaq. Əl-Bəşir əlavə edib ki, Nazirlər Kabineti yeni
hökumət formalaşana qədər vətəndaşlara xidmət göstərəcək.
Siyasətçi əvvəlki kabinetin nazirlərinin müvəqqəti
hökumətə kömək edəcəyinə ümid etdiyini bildirib.
tag: Məhəmməd əl- Bəşir, Suriya, Bəyanat, Nazirlər Kabinenti,Hökumət, todaypress.az,