Suriyada kimyəvi silah ovu başladı
Dünya
13.12.2024 11:18
Suriyanın keçmiş prezidenti Bəşər Əsədin devrilməsi ölkədə itirilən və ya gizlədilən kimyəvi silahların tapılması uğrunda yarışa səbəb olub.
TodayPress xəbər verir ki, bu barədə "The Washington Post" (WP) yazıb.
Corc Meyson Universitetinin Siyasət və Hökumət Məktəbinin biomüdafiə tədqiqatları üzrə direktoru və ekspert Qreqori Koblenz deyib ki, Əsədin getməsinə baxmayaraq, kimyəvi silah kabusu hələ də Suriyanın üzərindədir.
Onun sözlərinə görə, irimiqyaslı kimyəvi silah hücumu riski yoxdur, lakin həmin vasitələrin mənfəətpərəstlər, rəqib üsyançı qruplar və ya terrorçular tərəfindən talan edilməsi riski artır.
Töhfə Səməd
tag: Suriya, Hökumət, Siyasət, Silah, Ov, todaypress.az,