Suriyada hakimiyyət dəyişikliyinin nəticələrindən danışıldı

Dünya

11.12.2024 09:41

“Suriyada silahlı müxalifətin hakimiyyəti ələ keçirməsi bütün Yaxın Şərq regionuna ciddi təsir göstərəcək”. 

TodayPress xəbər verir ki, bunu Böyük Britaniyanın Suriyadakı keçmiş səfiri Piter Ford bildirib. 

Onun sözlərinə görə, əsas təhlükə Livan və Fələstini gözləyir. 

“Regional nəticələr olacaq. Hər şeydən əvvəl, Livan indi “Hizbullah”ın zəiflik anından istifadə etməyə ümid edən suriyalı cihadçılar və onların İsrail müttəfiqləri tərəfindən ikiqat zərbə ilə təhdid edilir” deyə o vurğulayıb.

Eyni zamanda Ford Suriya ilə İsrail arasında sülhün bərqərar olacağına inandığını da deyib. Cihad qrupları ortaq düşmənləri “Hizbullah” və İrana qarşı vuruşmaq üçün İsraillə müttəfiq olmağa daha çox hazırdırlar.

Töhfə Səməd

tag: Suriya, Livan, Fələstin, İsrail, todaypress.az,