Suriyada daha bir şəhər müxaliflərin nəzarətinə keçdi

Dünya

07.12.2024 15:43

Suriyanın cənubundakı Suveyda əyalətinin mərkəzi müxalif qrupların nəzarətinə keçib.

TodayPress xəbər verir ki, yerli mənbələrin məlumatına görə, əhalisinin əksəriyyətini druzların təşkil etdiyi Suveydadakı müxalif qruplar dünən Bəşər Əsəd qüvvələri ilə danışıqlar zamanı rejimdən qoşunlarının vilayətdən çıxarılmasını tələb ediblər.

Qruplar rejim qüvvələrinə bölgəni tərk etmələri üçün 24 saat vaxt verib.

tag: Suriya,Cənub,Suveyda,Bəşər Əsəd,todaypress.az,