Suriyada bütün hərbçilər üçün amnistiya elan edildi
Suriyadakı müxalifət koalisiyasının
rəhbərliyi keçmiş prezident Bəşər Əsədin dövründə xidmətə çağırılan bütün hərbi
qulluqçulara amnistiya elan edib.
TodayPress-in məlumatına görə, bu barədə “Associated
Press” xəbər yayıb.
“Hərbi Əməliyyatlar İdarəsi bütün hərbçilər və
çağırışçılar üçün ümumi amnistiya elan edib. Onların təhlükəsizliyinə zəmanət
verilir. Onlara hər hansı zərər vurmaq və ya zorakılığa məruz qoymaq qəti
qadağandır” məlumatda deyilir.
Xatırladaq ki, ötən həftə Suriyadakı müxalifət qüvvələri
Dəməşqi ələ keçirdiklərini və keçid hakimiyyətlərini formalaşdırdıqlarını
açıqlamışdı.
tag: Suriya, Bşər Əsəd,Müxalifət,Hərbi, todaypress.az,