Suriyada böyük miqdarda "captagon" həb aşkar edildi

Dünya

14.12.2024 10:07

2184

Suriyanın Dəməşq şəhərində üsyançılar böyük miqdarda qanunsuz "captagon" həb ehtiyatı aşkar ediblər. 

TodayPress xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Qeyd olunub ki, Suriyada geniş şəkildə "cihad dərmanı" və "kasıbın kokaini" kimi tanınan “captagon” ilk olaraq 1961-ci ildə bir Almaniya əczaçılıq şirkəti tərəfindən diqqət çatışmazlığı pozğunluğu, depressiya və narkolepsiya müalicəsi üçün hazırlanıb. 1986-cı ildə “captagon” BMT tərəfindən II narkotik siyahısına salındıqdan sonra demək olar ki, bütün dünyada qadağan edilib. Dünyanın əksər ölkələrində geniş istifadə olunmasa da, Yaxın Şərqdə geniş yayılıb.

Qəzetin yazdığına görə, “Captagon devrilmiş prezident Bəşər Əsədin qohumları və tərəfdaşları tərəfindən idarə edildiyi iddia edilən narkotik ticarəti şəbəkəsinin təməl daşı olub. 

Günəş Mərd

tag: Suriya ,BMT, Bəşər Əsəd, Narkotik, todaypress.az,