Suriyada Bəşər Əsədin atasının məzarı yandırıldı
Dünya
12.12.2024 00:16
Naməlum şəxslər Suriyanın keçmiş prezidenti Bəşər Əsədin atası Hafizin məqbərəsinə soxularaq onun məzarını yandırıblar.
TodayPress xəbər verir ki, Bu barədə Livanın “An-Nahar” qəzeti məlumat
yayıb.
Məlumata
görə, yanğın törədənləri üzlərində maskalar olduğundan kimlikləri müəyyən
edilə bilməyib.
Suriyanın
silahlı müxalifət bölmələri noyabrın sonunda hökumət qoşunlarına qarşı
genişmiqyaslı hücuma başlayıb. bundan sonra Bəşər Əsəd prezident vəzifəsindən istefa verib və ölkədən qaçıb.
Qeyd edək ki, Bəşər Əsədin atası Hafiz Əsəd 1971-2000-ci illərdə Suriyanın prezidenti olub.
Aynur TAC
tag: Bəşər Əsəd, Suriya, Hafiz, Məqbərə, Yanğın, Livan, todaypress.az,