Suriyada Amerika hərbi bazası atəşə tutuldu
Dünya
16.09.2024 09:37
ABŞ Silahlı Qüvvələrinin Suriyadakı "Hərrab əl-Cəir" bazası raketlərlə vurulub.
TodayPress xəbər verir ki, bu barədə "Al Mayaden" telekanalı məlumat yayıb.
Qeyd edilib ki, hələlik hücuma görə hansı tərəfin məsuliyyət daşıdığı barədə məlumat yoxdur.
Faktla bağlı araşdırmalar davam edir.
Töhfə Səməd
tag: ABŞ, Suriya,Hərrab əl-Cəir ,Hücum, Hücum, todaypress.az,