Suriya XİN Türkiyənin normallaşma ilə bağlı addımlarına müsbət reaksiya verdi
Dünya
13.07.2024 23:32
Suriyanın Xarici İşlər
Nazirliyindən Türkiyənin normallaşma ilə bağlı addımlarına cavab gəlib.
TodayPress xəbər
verir ki, Türkiyə XİN-dən məsələ ilə bağlı verilən məlumata görə Suriya ilə əlaqələrin
normallaşması yönündə mühüm addımlar atılır və müsbət yöndə mühüm nəticələr əldə
olunub.
Son günlər Türkiyə ilə Suriya
arasında münasibətlərin normallaşması ilə bağlı hökumətdən bir-birinin ardınca
açıqlamalar gəlsə də, Suriya Xarici İşlər Nazirliyi məsələyə ilk dəfə münasibət
bildirib.
Suriyanın SANA xəbər
agentliyinin məlumatına görə, Xarici İşlər Nazirliyinin bir nüsxəsi bu gün "SANA"ya çatan bəyanatında aşağıdakı ifadələr öz əksini tapıb:
"Suriya, ölkələrin
maraqlarının münaqişə və ya düşmənçiliyə deyil, möhkəm münasibətlərə əsaslandığı
qəti inanca sahibdir. Buna əsaslanaraq, Suriya, özü ilə bu ölkələr arasında
münasibətlərin yaxşılaşdırılması üçün irəli sürülən müxtəlif təşəbbüslərə müsbət
cavab verməyə hazırdır.”
Türkiyə XİN-in məsələ ilə bağlı açıqlamasında isə bildirilir ki, iki ölkənin təhlükəsizliyi və sabitliyi 2011-ci ildən əvvəlki vəziyyətin qaytarılmasına əsaslanır.
tag: todaypress.az, Suriya, Türkiyə, SANA, XİN,