Suriya Xalq Ordusu Mənbic üzərində nəzarəti bərqərar etdi
Ankaranın dəstəklədiyi Suriya Xalq Ordusu (SPA) ölkənin şimalındakı Mənbic şəhəri üzərində tam nəzarəti ələ keçirib.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyindəki mənbələrə istinadən “TRT Haber” telekanalı məlumat yayıb.
Əməliyyat dekabrın 8-də Türkiyədə fəaliyyəti qadağan edilmiş Kürdüstan Fəhlə Partiyasını (PKK) Mənbic üzərində nəzarətdən məhrum etmək məqsədilə başlayıb.
Türkiyə Hərbi Departamenti bu addımı ona bitişik ərazidən gələn terror təhlükəsinin aradan qaldırılması üçün vacib adlandıraraq:
"SPA Mənbic üzərində tam nəzarəti ələ keçirib və bu ərazini terrorçulardan təmizləyib" deyə bildirib.
Töhfə Səməd
tag: Türkiyə, Müdafiə, Kürdüstan ,Partiya, todaypress.az,