Suriya və İraqın şimalında 15 terrorçu məhv edildi

Dünya

01.11.2024 17:00

Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalında keçirdiyi növbəti əməliyyatı nəticəsində 15 terrorçu zərərsizləşdirilib.

TodayPress xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" səhifəsində bildirilib.

Qeyd olunub ki, Suriyanın şimalında “Fırat qalxanı” və “Barış pınarı” bölgələrində PKK/PYD terror qruplaşmasının 11, İraqın şimalında “Pəncə-Kilit” əməliyyat bölgəsində isə PKK-nın dörd üzvü məhv edilib.

tag: İraq, Türkiyə, Suriya, Terror, todaypress.az,