Suriya və İraqda yeddi terrorçu məhv edildi
Dünya
23.11.2024 18:18
Türkiyə Silahlı Qüvvələri Suriya və İraqın şimalında həm qurudan, həm də havadan yeni əməliyyat keçirib.
TodayPress xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, əməliyyat nəticəsində PKK terror təşkilatının 6 üzvü Suriyanın şimalındakı “Fırat qalxanı” və “Barış pınarı” bölgələrində, 1-i isə İraqın şimalındakı Metina bölgəsində məhv edilib.
"Terrorçular harada olurlarsa-olsunlar, onları gözləyən qaçılmaz sondan qurtula bilməyəcəklər" deyə məlumatda vurğulanıb.
tag: Türkiyə, Suriya, İraq, Milli Müdafiə Nazirliyi,Terror, todaypress.az,