Suriya Tartus limanını idarə edən Rusiya şirkəti ilə müqaviləni ləğv etdi
Dünya
22.01.2025 07:23
Suriyanın yeni hakimiyyət orqanları 2019-cu
ildə Rusiya şirkəti ilə Tartus dəniz limanının idarə edilməsi üzrə investisiya
müqaviləsini ləğv edib.
TodayPress xəbər verir ki, bu barədə Suriyanın “Al
Watan” qəzetinə Tartus əyalətinin gömrük departamentinin direktoru Riad Cudi
məlumat verib.
Onun sözlərinə görə, Suriya keçid hökuməti limanın
restrukturizasiyası üzərində işləyir, onun tam fəaliyyətini bərpa etməyə
çalışır. Xüsusilə, Suriyanın yeni hakimiyyət orqanları bəzi kateqoriyalı mallar
üçün gömrük rüsumlarını 60% azaldıb. Qurum rəsmisi qeyd edib ki, yüksək
ödənişlər və logistika xidmətlərinin baha olması səbəbindən dəniz limanı
praktiki olaraq fəaliyyət göstərmir.
Qeyd edək ki, 2019-cu ildə Rusiya Baş nazirin müavini
Yuri Borisov Rusiya və Suriyanın Tartus limanını 49 il müddətinə
“Stroytransgaz”a icarəyə vermək barədə razılığa gəldiyini açıqlayıb. Onun
inkişafına 500 milyon dollar sərmayə qoymalı idi. Bu məbləğdən nə qədərinin
xərcləndiyi məlum deyil. Suriya səlahiyyətliləri həmçinin limanın gücünün ildə
4 milyon tondan 38 milyon tona yüksələcəyini gözləyirdi.
tag: Suriya, Liman,Rusiya, Tartus, Müqavilə, todaypress.az,