Suriya Rusiya, İsrail və İrandan məhsul idxalını qadağan etdi
Dünya
19.01.2025 00:18
Suriya Rusiya, İran və İsraildən məhsul
idxalını qadağan edib.
TodayPress xəbər verir ki, bu barədə "Al
Araby" telekanalı Suriya Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Bununla yanaşı, İran və İsrail vətəndaşlarının
sərhəd-keçid məntəqələri, eləcə də limanlar vasitəsilə Suriyaya girişini
qadağan olunub.
Bildirilir ki, bu ölkələrdən gələn məhsullar müsadirə
ediləcək.
Qeyd edək ki, Suriyanın yeni hakimiyyəti Ərəb Dövlətləri
Liqasından ölkənin bərpası üçün kömək istəyib. Eyni müraciət BRICS üzv
ölkələrinə də edilib.
Xatırladaq ki, 2024-cü il noyabrın sonlarında müxalifətin
birləşmiş qüvvələri Suriya ordusunun mövqelərinə genişmiqyaslı hücuma keçib.
Dekabrın 8-də onlar paytaxt Dəməşqə daxil olaraq Bəşər Əsəd rejimini
deviriblər.
tag: Suriya, Rusiya, İsrail, Maliyyə, İran,todaypress.az,