Suriya Rusiya hərbi bazalarının taleyini şərh etdi

Dünya

11.12.2024 13:38

“Suriyanın yeni hakimiyyət orqanları respublikadakı Rusiya hərbi bazalarının taleyinə Suriya xalqının fayda və mənafeləri baxımından baxacaqlar”.

TodayPress “TASS”a  istinadən xəbər verir ki, bunu Suriya üzrə Cenevrə və Astanada keçirilən danışıqlarda müxalifət nümayəndə heyətinin keçmiş rəhbəri Məhəmməd Alluş deyib.

Alluş bu məsələni Suriyanın suveren qərarı adlandırıb.

Qeyd edək ki, dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçirib. Bundan sonra Suriya ordusu komandanlığı Prezident Bəşər Əsədin hakimiyyətinin devrildiyini elan edib. Əsəd ailəsi ilə birlikdə Rusiyaya sığınıb.

tag: Suriya ,Rusiya ,Hərbi, Baza ,todaypress.az,