Suriya ordusu Həma şəhərinin ətrafını geri qaytardı

Dünya

04.12.2024 17:30

Suriya hökumət ordusu ölkənin qərbindəki eyniadlı əyalətin Həma şəhərinin kənarına nəzarəti ələ keçirib.

TodayPress xəbər verir ki, bu barədə yerli  KİV yazıb. 

Qeyd olunub ki, Suriya Müdafiə Nazirliyi şəhər üzərində nəzarəti dekabrın 3-də elan edib. Eyni zamanda Hələb və İdlibdə döyüşlər davam edir.

Məlumata görə, Suriya ordusunun bölmələri Həma yaxınlığında tam təhlükəsizliyi təmin edib, bu ərazilərdə silahlı yoxdur.

Günəş Mərd

tag: Suriya, Həma, Təhlükəsizlik, Ərazi, todaypress.az,