Suriya ordusu Həma şəhərindən geri çəkildi

Dünya

05.12.2024 18:11

Suriya Silahlı Qüvvələrinin komandanlığı bildirib ki, Müxalif Suriya Milli Ordusunun əsgərləri ağır itkilərə baxmayaraq, Həma şəhərinin bir neçə məhəlləsinə daxil ola biliblər.

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat verib. 

“Son saatlar ərzində əsgərlərimizlə müxalif qüvvələr arasında toqquşmaların intensivləşməsi, eləcə də qüvvələrimiz arasında itkilərin sayının artması fonunda yaraqlılar ağır itkilərə baxmayaraq, şəhərin bir sıra ərazilərinə nüfuz edə biliblər” komandanlığın bəyanatında qeyd olunub. 

Suriya ordusu həmçinin bildirib ki, Həmanı əlində saxlayan hökumət qüvvələri mülki əhalinin həyatını qorumaq üçün orada yerləşən hərbi hissələr şəhərdən kənarda yerləşdirilib. 

Günəş Mərd

tag: Suriya, Həma ,Ordu,Şəhər ,todaypress.az,