Suriya ordusu Hələbdən qoşunlarını geri çəkdi

Dünya

30.11.2024 15:18

Suriya ordusu terrorçulara qarşı əks-hücum hazırlamaq üçün Hələbdən müvəqqəti qoşunların çıxarılmasını elan edib.

TodayPress xəbər verir ki,  bu barədə “Arab News” məlumat yayıb.

Qeyd olunub ki, geri çəkilmə əks-hücuma başlamaq üçün yenidən qruplaşma səylərinin bir hissəsidir.

Bildirilib ki,  son bir neçə gün ərzində Hələb və İdlibdə üsyançılarla şiddətli döyüşlərdə onlarla əsgər ölüb və ya yaralanıb.

Nəzrin Abbas

tag: Suriya, Hələb, İdlib, Üsyan, Döyüş, todaypress.az,