Suriya müxalifəti Hələb ətrafına yerləşdiyini elan etdi
Dünya
30.11.2024 14:08
Suriyadakı müxalif qüvvələr Hələb şəhərinin ətrafına çıxdıqlarını elan ediblər.
TodayPress xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Məlumatda, sakinlərin döyüş əməliyyatlarının aparıldığı bölgələrdən qaçdığı, Suriya ordusunun isə hücumu dayandıra bilmədiyi bildirilib.
Qeyd olunub ki, müxalif silahlı qruplar sosial şəbəkələrdə hökumət qüvvələrinə müraciət edərək təslim olmağa çağırışlar dərc ediblər.
Günəş Mərd
tag: Suriya, Hələb, Sakinlər, Hökumət, todaypress.az,