Suriya müxalifəti Bəşər Əsədin sarayını zəbt etdi
Suriya müxalifəti prezident Bəşər Əsədin mühafizə olunmayan sarayını zəbt edib.
TodayPress xəbər verir ki, müvafiq kadrları "Al Hadath" telekanalı yayımlayıb.
Yayımlanan videoda Dəməşq şəhərinin qərb hissəsində, Mezz dağında yerləşən prezident iqamətgahının ərazisini göstərilib.
Qeyd edək ki, dekabrın 8-də səhər saatlarında Bəşər Əsədin təyyarəyə minərək Dəməşqdən naməlum istiqamətdə uçduğu bildirilib.
Günəş Mərd
tag: Bəşər Əsəd,Suriya,Saray,Hücum,Müxalifət,Todaypress.az,