Suriya İraqa qaçan 2 min əsgəri geri qaytaracaq
Dünya
19.12.2024 15:15
Suriyanın yeni hakimiyyət orqanları Deyr əz-Zor əyalətindən fərarilik etmiş 2,4 min suriyalı əsgəri İraqdan qaytarmağı planlaşdırır.
TodayPress “TASS”a istinadən xəbər verir ki bu barədə Suriyanın “Al Watan” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Suriya üzərində nəzarəti bərqərar etmiş müxalifətin birləşmiş qüvvələrinin əsas komandanlığı Bəşər Əsədin devrilməsindən sonra İraqa sığınan əsgər və zabitlərin ekstradisiyasına dair İraq hakimiyyəti ilə danışıqlar aparır.
Günəş Mərd
tag: Bəşər Əsəd ,Suriya ,İraq, Əsgər, todaypress.az,