Suriya ilə İsrail danışıqlar aparır
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrail və Suriya arasında münasibətlərdəki yüksək gərginlik fonunda dolayı təmaslar üçün kommunikasiya kanalı yaradıb.
TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilir ki, bu addımın əsas məqsədi təhlükəsizlik, kəşfiyyat məsələlərinin müzakirəsi və qarşılıqlı etimadın qurulmasıdır.
Qeyd olunur ki, bu təşəbbüsə aprelin 13-də Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraanın BƏƏ-yə rəsmi səfərindən bir neçə gün sonra start verilib.
Mənbələrin bildirdiyinə görə, danışıqlar hazırda əsasən təhlükəsizlik və terrorla mübarizə sahəsində texniki məsələlərə yönəlib. Lakin hərbi əməliyyatlar, xüsusilə İsrailin Suriyada həyata keçirdiyi hərbi hərəkətlər, bu kanalın müzakirə çərçivəsinə daxil deyil.
Bununla yanaşı, İsrail Suriyadakı druz icmasının müdafiəsinə hazır olduğunu bəyan edib və Müdafiə Qüvvələri bölgədəki vəziyyəti izlədiklərini, müxtəlif ssenarilərə hazır olduqlarını açıqlayıb.
Türkan İsgəndərli
tag: BƏƏ,İsrail,Suriya,Yaxın Şərq,todaypress.az,