Suriya İdlibdə terrorçuların qərargahını məhv etdi
Dünya
02.12.2024 22:00
Suriya
Hərbi Hava Qüvvələri İdlib şəhərinin qərbində Həyat Təhrir əş-Şam terror
qruplaşmasının komanda mərkəzini məhv edib.
TodayPress xəbər verir ki, bu barədə “Şam
FM” radiosu bildirib.
Məlumata
görə, onların ərəb əsilli liderlərindən biri də daxil olmaqla, onlarla silahlıları öldürülüb.
Noyabrın
27-də səhər saatlarında “Cəbhət ən-Nusra” ekstremist qruplaşması Suriyanın
şimalında böyük hücum həyata keçirib.
Suriya
silahlı qüvvələrinin məlumatına görə, terrorçular hökumət bölmələrinin
mövqelərini hədəfə almağa davam edərək, Suriya silahlı qüvvələrinin mühafizəsi
altında olan kənd və qəsəbələrə , hərbi obyektlərə hücum etməyə cəhd ediblər.
Suriya
ordusu basqını dəf etmək üçün əməliyyata başlayıb. Noyabrın 30-da ölkənin hərbi
komandanlığı bəyan edib ki, silahlı qüvvələr Hələb şəhərinin bir çox
məhəllələrində terrorçuların mövqelərinə zərbələr endirilib.
Aynur TAC
tag: Suriya, Terror, Idlib, Cəbhət ən Nusra, todaypress.az,