Suriya Hələbin cənub-şərqində əks hücuma keçdi

Dünya

03.12.2024 22:50

Suriya qüvvələri Dəməşqdən 360 kilometr aralıda yerləşən Hələb şəhərinin cənub-şərqində əks-hücum keçirib.


TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Məlumata görə, hökumət qoşunları Ətraya-Hələb magistral yolu ilə irəliləyib və “Cəbhət ən-Nusra” silahlıları tərəfindən ələ keçirilən Xanasir şəhərinə yaxınlaşıb.

Bundan başqa, Suriya ordusu Dəməşqdən 220 kilometr aralıda yerləşən eyni adlı qubernatorluğun inzibati mərkəzi olan Həma şəhərinin şimalında, qərbində və şərqində silahlıları artilleriya atəşinə tutub.

Suriya ordusu komandanlığının məlumatına görə, gün ərzində bəzi komandirlər də daxil olmaqla azı 200 terrorçu məhv edilib, terrorçuların idarə etdiyi 20-dən çox pilotsuz təyyarə vurulub.

Noyabrın 30-da Suriya ordusu komandanlığı bildirib ki, hökumət qüvvələri Hələbdə terrorçuların mövqelərinə zərbələr endirir.

Aynur TAC

tag: Suriya, Dəməşq, Silahlı, Komandanlıq,Hücum, todaypress.az,