Suriya həbsxanasının keçmiş rəhbəri məhbuslara işgəncə verməkdə ittiham olunur

Dünya

13.12.2024 09:15

Dəməşqin mərkəzi həbsxanasının keçmiş rəhbəri Samir Osman əl-Şeyx məhbuslara işgəncə verməkdə ittiham olunur və ABŞ-də onu 100 ildən çox həbs cəzası gözləyir. 

TodayPress xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

72 yaşlı müttəhim 2005-2008-ci illərdə Suriya həbsxanasına rəhbərlik edib.

Qeyd olunub ki, o, tabeliyində olan işçilərdən “siyasi və digər məhbuslara ağrı və əzab verməyi” tələb edib.

2020-ci ildə əl-Şeyx ABŞ-yə mühacirət edib. O, 3 ildən sonra vətəndaşlıq almaq üçün müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, o, ştatlarda yaşamaq icazəsi almaq üçün cinayətləri barədə yalan danışıb.

Günəş Mərd

tag: ABŞ, Suriya, Siyası, Məhbus ,todaypress.az,