Suriya hakimiyyəti LGBT və qadınların geyim tərzini müzakirə edəcək
Dünya
24.12.2024 16:05
Suriyanın yeni hakimiyyət orqanlarının lideri Əhməd əl-Şaraa 2025-ci ildə tərəfdarları ilə LGBT üzvlərinin statusunu, qadınların geyim tərzini və spirtli içki qəbulu imkanlarını müzakirə edəcək.
TodayPress xəbər verir ki, bu barədə “Həyat Təhrir əl-Şam” qruplaşmasının siyasi komitəsinin nümayəndəsi məlumat verib.
O, bunu Suriya keçid hökumətinin prioritetlərinin müzakirəsi kontekstində deyib. Bildirilib ki, seçkilər hələlik gözləməli olacaq.
"Müxtəlif insanların fərqli mədəniyyətləri var. Suriyanın suriyalı kimliyi var və əhalisinin əksəriyyəti müsəlmandır" deyə o, bildirilib.
Töhfə Səməd
tag: Suriya, Müzakirə,Hökumət ,Qadın ,Geyim ,todaypress.az,