Suriya hakimiyyəti beynəlxalq hesabların dondurulmasını istədi

Dünya

17.12.2024 17:11

1774


Suriyanın hazırkı hakimiyyəti ölkənin beynəlxalq hesablarının dondurulmasını istəyib.

TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bunu Suriyanın müvəqqəti hökumətinin başçısı Məhəmməd Əl-Bəşir bildirib.  

“Biz beynəlxalq ictimaiyyətdən Suriya hesablarının dondurulmasını xahiş edirik” deyə o, qeyd edib. 

Əlavə edib ki, respublikanın milli valyutası tamamilə çöküb və Suriyada valyuta ehtiyatları çox aşağıdır.

Ölkənin müvəqqəti hökumətinin başçısı əhaliyə dəstək məqsədilə Suriyaya qarşı sanksiyaların ləğvinin, qaçqınların geri qaytarılmasının və respublikanın bərpasının intensivləşdirilməsinin vacibliyini də vurğulayıb.  

Günəş Mərd

tag: Suriya, Hakimiyyət, Beynəlxalq, Hesab ,todaypress.az,