Suriya DİN keçmiş rejim üzvlərini silahları dərhal təhvil verməyə çağırdı

Dünya

24.12.2024 16:57

Müvəqqəti hökumət çərçivəsində fəaliyyət göstərən Suriya Daxili İşlər Nazirliyi (DİN) devrilmiş prezident Bəşər Əsəd rejiminin üzvlərini silahları dərhal səlahiyyətli orqanlara təhvil verməyə çağırıb.

TodayPress xəbər verir ki, bu barədə “TASS” Suriya DİN-ə istinadən məlumat yayıb.

Müvəqqəti hökumətdə daxili işlər naziri Məhəmməd Əbdül Rəhmanın sözlərinə görə, hakimiyyət silahların təhvil verilməsi üçün müddət müəyyən edib: 

"Əgər göstərilən müddət bitənədək silahlar hakimiyyətə təhvil verilməzsə, səlahiyyətli orqanlar onu saxlayanlara qarşı hüquqi məhdudlaşdırıcı tədbirlər görəcək".

Nazir hökumətin addımlarının milli təhlükəsizliyin möhkəmləndirilməsi və vətəndaşların təhlükəsizliyinin, eləcə də dövlət və özəl mülkiyyətin qorunması çərçivəsində atıldığını vurğulayıb.

O, vətəndaşları hüquqi məsuliyyətə cəlb olunmamaq üçün hakimiyyətin göstəriş və təlimatlarına riayət etməyə çağırıb.

tag: Suriya, DİN, Bəşər Əsəd ,Rejim ,Silah ,todaypress.az,