Süni intellekt silaha çevrilir: ABŞ kəşfiyyatının gizli silahı
Dünya
22.06.2024 15:46
“ABŞ kəşfiyyat agentlikləri süni intellektdən arzuolunmaz ölkələrə qarşı bir vasitə kimi istifadə etmək ərəfəsindədir”.
TodayPress xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin “Rossiya-24” telekanalına müsahibəsində deyib.
“ABŞ kəşfiyyat xidmətləri artıq süni intellekt texnologiyalarından Birləşmiş Ştatlar üçün arzuolunmaz olan ölkələrdə ictimai şüuru manipulyasiya etmək üçün bir vasitə kimi istifadə etmək ərəfəsindədir. Deyərdim ki, bu, bütün bəşəriyyət üçün çox ciddi problemə çevrilə bilər” deyə o qeyd edib.
tag: Süni İntellekt, ABŞ, Kəşfiyyat, Rusiya, Silah, todaypress.az,