Sumıda xəstəxana vuruldu: 8 nəfər öldü
Dünya
28.09.2024 14:04
Rusiya ordusunun Ukraynanın Sumı şəhərindəki xəstəxanaya hava zərbələri nəticəsində 8 nəfər ölüb, 11 nəfər yaralanıb.
TodayPress-in xəbərinə görə, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Telegram” hesabında paylaşım edib.
Onun sözlərinə görə, hadisə zamanı binaya ciddi ziyan dəyib, 113 nəfər təxliyə edilib. V. Zelenskinin sözlərinə görə, yerli strukturların nümayəndələri əraziyə cəlb olunaraq, operativ tədbirlərə başlayıb:
“Dünyada bu müharibə ilə bağlı məlumatı olan hər kəs Rusiyanın hansı obyektləri hədəfə aldığına da fikir verməlidir. Onlar xəstəxanada pasiyentləri, mülki obyektləri hədəfə alır. Rusiyanı sülhə yalnız güc yolu ilə məcbur etmək olar”.
tag: Rusiya, Ukrayna, Zelenski, Xəstəxana ,Sumı ,Ziyan ,todaypress.az,