Sülh danışıqlarının Kiyevsiz keçirilməsinə icazə verildi

Dünya

09.12.2024 17:00

“Ukraynadakı münaqişə ilə bağlı sülh danışıqları və vəziyyətin həlli üçün qərarların qəbulu Kiyevin iştirakı olmadan baş tuta bilər”. 

TodayPress xəbər verir ki, bunu ölkədən qaçan Ali Radanın deputatı Artem Dmitruk öz “Telegram” kanalında yazıb.

“Qərarlar Ukraynanın iştirakı olmadan qəbul ediləcək. Bizə sadəcə olaraq bir fakt təqdim olunacaq. Və bəlkə də indiki mərhələdə bu fakt Ukrayna üçün xilas olacaq” deyə Dmitruk yazıb.

Töhfə Səməd

tag: Deputat , Ukrayna ,Ali Rada ,Kiyev, todaypress.az,