Sülh danışıqlarında Ukraynanı təmsil edəcək rəsmilərin adları açıqlandı

Dünya

15.03.2025 18:27

2405

Ukrayna prezidenti Volodimir Zelenski sülh danışıqlarında iştirak edəcək nümayəndə heyətinin tərkibini müəyyən edib. 

TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Zelenski sərəncam imzalayıb. 

Qeyd olunub ki, Prezident Aparatının rəhbəri Andrey Yermakın başçılıq etdiyi nümayəndə heyətinə Andrey Sıbiqa ( xarici işlər naziri), Rustem Umerov (müdafiə naziri) və Pavel Palisa (Prezident Aparatı rəhbərinin müavini) daxildir. 

Xatıraladaq ki, martın 11-də ABŞ nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanında aparılan danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi belə olub.

tag: Ukrayna,Zelenski,Danışıqlar,Sülh,Savaş,Todaypress.az,