Sui-qəsd cəhdlərini araşdıran komissiya yaradılacaq
Respublikaçıların
prezidentliyə namizədi Donald Tramp ABŞ-də keçirilən prezident seçkilərdə qalib
gələcəyi təqdirdə sui-qəsd cəhdlərini araşdırmaq üçün komissiya yaradacağına
söz verib.
TodayPress
xəbər verir, o, bu barədə Arizona ştatındakı görüşü zamanı danışıb.
“Bu
axşam elan edirəm ki, seçiləndən sonra sui-qəsdi araşdırmaq üçün yeni müstəqil
Prezident Komissiyası yaradacağam” deyə Tramp deyib.
Respublikaçı
namizəd dəqiqləşdirib ki, bu halda eks-prezident Con Kennedinin işi ilə bağlı
yarımçıq qalan sənədlər də ictimaiyyətə açıqlanacaq. Bundan əlavə, komissiya
Trampın özünə qarşı sui-qəsd cəhdini araşdıracaq.
Günəş
Mərd
tag: Donald Tramp, Ağ Ev,ABŞ,Sui-qəsd ,Komissiya,todaypress.az,