Sudanın Suveren Şurasının rəhbərinə sui-qəsd cəhdi oldu
Sudanın Suveren
Şurasının rəhbəri Əbdül Fəttah əl-Burhana qarşı PUA-dan istifadə edilməklə
sui-qəsd cəhdi olub.
TodayPress-in məlumatına
görə, bu barədə “Bloomberg“ xəbər yayıb.
Bildirilib ki, hadisə
şura rəhbərinin Hərbi Məktəbin buraxılış mərasimində iştirakı əsnasında baş
verib. Onun vəziyyəti ilə bağlı informasiya hələlik
açıqlanmır.
Qeyd
edək ki, sözü gedən orqan 2021-ci ilin oktyabrında baş verən dövlət çevrilişindən
sonra ölkəni müvəqqəti olaraq idarə etmək məqsədilə keçid hökuməti qismində
formalaşdırılıb.
tag: Sudan,Sui-qəsd,Əbdül Fəttah əl-Burhan,PUA, todaypress.az,