Sudanda hərbi təyyarə qəzaya uğradı, ölənlər var

Dünya

26.02.2025 19:00

2151

Fevralın 25-də Sudanın paytaxtı Xartumun şimalında hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 46-ya çatıb.   

TodayPress xəbər verir ki, bu barədə Xartum Dövlət Mətbuat Xidməti açıqlama verib.   

Bildirilib ki, baş verən təyyarə qəzası nəticəsində ölənlərin sayı 46-ya çatıb, 10 nəfər isə yaralanıb. İtkilər arasında həm hərbçilər, həm də mülki şəxslər olub.    Hadisə şahidləri təyyarənin alçaq hündürlükdə uçduğunu, sonra qəfil enib, sıx məskunlaşan ərazidə alovlandığını bildiriblər.   

“Sudan News”un məlumatına görə, hava qəzası bir briqada generalı, bir neçə zabit, əsgər və ən azı 5 mülki vətəndaşın həyatına son qoyub. Təyyarənin qalıqları yaşayış evlərinə səpələnib və bəzi evlərə ciddi ziyan dəyib.   

Aysel Mətləb

tag: Sudan,Təyyarə qəzası,Hərbi Təyyarə,Partlayış,Todaypress.az,