Sudan ordusu hökumət binalarına nəzarəti ələ aldı
Sudan
ordusu Respublika Sarayında üsyançı Çevik Dəstək Qüvvələrinin şəxsi heyətini və
texnikasını məhv edib, onların silahlarını müsadirə edib və Xartumun
mərkəzindəki nazirlik binalarına nəzarəti ələ alıb.
TodayPress xəbər verir ki, ordu komandanlığı bu gün verdiyi bəyanatda
Respublika Sarayının azad edilməsini tarixi məqam adlandırıb.
Bəyanatda qeyd
olunur ki, geri çəkilən Çevik Dəstək Qüvvələri “psixoloji və mənəvi cəhətdən
çöküb”. Bildirilir ki, sakinlər Bəhri, Şərqi Nil və Omdurmana geri qayıda
bilərlər. Xartum hava limanı tezliklə fəaliyyətini bərpa edəcək.
Eyni zamanda,
Sudanın təhlükəsizlik qüvvələrinin komandanlığı geri çəkilməkdə olan üsyançılar
tərəfindən Xartumda Prezident Sarayına dron hücumu nəticəsində 3 nəfərin həlak
olduğu, bir neçə şəxsin yaralandığı barədə məlumat yayıb. Ölənlər Sudan
Televiziyasının əməkdaşlarıdırlar.
tag: Sudan,Hökümət, Nil,Nəzarət, Respublika, todaypress.az,