Su anbarından qədim insan qalıqları tapıldı

Dünya

10.09.2024 14:45

ABŞ-nin Minnesota ştatındakı adaların birində təsadüfən üç nəfərin qalıqları tapılıb. 

TodayPress xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Düyü yığan maşınlar “Leech Lake” su anbarında üç skeletə rast gəliblər. 

Mütəxəssislər qeyd ediblər ki, sümüklərin torpaq eroziyası nəticəsində səthə çıxması ehtimalı yüksəkdir. 

Onlar insan qalıqlarının bir neçə yüz il bundan əvvələ aid olduğunu iddia ediblər.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Günəş Mərd

tag: ABŞ, Minnesota ,İnsan Qalıqları,Ada ,Hadisə ,todaypress.az,