Streptokok infeksiyasına yoluxanların sayı 70-ə çatdı, ölənlər var
Dünya
21.09.2024 18:40
Honq-Konqda 70 nəfər streptokok infeksiyasına yoluxub, onlardan üçü dünyasını dəyişib.
TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Beş gün ərzində 36 yaşdan 95 yaşa qədər olan şəxslərdə 30 yeni xəstəliyə yoluxma halı qeydə alınıb. Əksər xəstələrdə sepsis və oynaq absesi müşahidə olunur.
Hazırda tibb müəssisələrində 45 xəstənin vəziyyəti stabildir, 3 nəfərin vəziyyəti ağırdır.
İnfeksiyanın mənbəyi şirin su balığıdır. Epidemioloqlar sakinləri müvəqqəti olaraq su balığı yeməkdən çəkinməyə, həmçinin əllərində açıq yaralar varsa, onu təmizləməməyə çağırıb.
Qeyd olunub ki, infeksiya yenidoğulan körpələr, yaşlı insanlar, eləcə də immuniteti zəif olanlar üçün xüsusilə təhlükəlidir.
Günəş Mərd
tag: Honq-Konq, İnfeksiya, Yoluxma ,Xəstəlik, İnsanlar, todaypress.az,