“Strana”: ABŞ-nin qarşısında üç seçim var

Dünya

11.05.2025 17:45

11

Ukraynanın “Strana” nəşri Rusiya prezidenti Vladimir Putinin mayın 15-də İstanbulda birbaşa danışıqlar keçirmək təşəbbüsündən sonra ABŞ-nin qarşısında üç əsas seçim dayandığını yazıb.

TodayPress xəbər verir ki, nəşrə görə, Vaşinqton ya Putinə sərt təzyiqlər göstərərək onu atəşkəsdən imtina etməkdə ittiham edə və yeni, daha sərt sanksiyalar tətbiq edə bilər, ya da sadəcə dərhal atəşkəs çağırışlarını davam etdirərək konkret addımlardan yayınar.

Üçüncü ssenari isə ABŞ-nin Ukraynanı Rusiyanın təşəbbüsünü qəbul etməyə, yəni İstanbulda birbaşa danışıqlara razılıq verməyə sövq etməsidir.

Qiymət Mahir

tag: Ukrayna,Rusiya,ABŞ,Donald Tramp,todaypress.az,