Stoltenberqdən Çinə çağırış: “Rusiyaya dəstəyi dayandırın”

Dünya

06.09.2024 15:34

NATO-nun baş katibi Yens Stoltenberq Çini Ukraynadakı müharibədə Rusiyaya dəstəyi dayandırmağa çağırıb.  

TodayPress xarici mediaya istinadən xəbər verir ki,  Stoltenberq bu barədə Osloda verdiyi bəyanatda deyib. 

Onun sözlərinə görə, Çin Rusiyanın Ukraynaya qarşı müharibəsində həlledici "fasilitator”a çevrilib. 

Rusiyanın istifadə etdiyi silahların çoxunu istehsal edən ölkənin Çin olduğunu bildirən Stoltenberq, "Pekinin Ukraynada müharibəyə başlamasının onun maraqlarına və nüfuzuna mənfi təsir göstərə biləcəyi" xəbərdarlığını edib.

“Mən Çini Rusiyaya dəstəyi dayandırmağa çağırıram” deyə  Stoltenberq bildirib. 

Günəş Mərd

tag: Ukrayna, Rusiya, Çin, Müharibə ,Pekin, Stoltenberq, todaypress.az,