Stoltenberq Zelenskinin təklifinə YOX dedi

Dünya

28.05.2024 16:48

NATO-nun Baş katibi Yens Stoltenberq hazırda Brüsseldə səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşməyəcək. Bu barədə jurnalistlərə açıqlamasında Yens Stoltenber özü məlumat verib.

"Xeyr, mən onunla görüşməyəcəyəm, biz yaxınlarda Kiyevdə görüşmüşük", - baş katib bildirib.

Qeyd edək ki, Zelenski ikitərəfli təhlükəsizlik sazişi imzalamaq üçün dünən Brüsselə gedib.

tag: Yens Stoltenberq, NATO, Vladimir Zelenski, Dünya xəbərləri, todaypress.az,