Stoltenberq: "Ukraynanın Kurskdakı əməliyyatı qanunidir"
Dünya
31.08.2024 09:15
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukraynanın Rusiyanın Kursk bölgəsinə müdaxiləsi qanunidir və Kiyevin özünümüdafiə hüququna aiddir.
TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Ukraynanın özünümüdafiə hüququ var. Və beynəlxalq hüquqa görə, bu hüquq sərhəddə bitmir" deyə Stoltenberq qeyd edib.
Onun sözlərinə görə, NATO Ukraynanın planları barədə əvvəlcədən məlumatlandırılmayıb və bu planlarda heç bir rol oynamayıb.
Eyni zamanda, NATO rəhbəri vurğulayıb ki, Ukrayna Rusiya ərazisində irəliləməklə riskə gedir, lakin Kiyev hərbi kampaniyasını necə aparacağına özü qərar verməlidir.
Günəş Mərd
tag: Ukrayna, Kursk, NATO, Rusiya, Kiyev, todaypress.az,