Stoltenberq: "Ukrayna NATO-ya əvvəlkindən daha yaxındır"
Dünya
20.09.2024 12:40
"Ukrayna NATO-ya əvvəlkindən daha yaxındır".
TodayPress “Euronews”a istinadən xəbər verir ki, bunu NATO-nun səlahiyyət müddəti başa çatan Baş katibi Yens Stoltenberq deyib.
Stoltenberq vida nitqində Ukrayna haqqında danışarkən, alyansın qapısının açıq olduğunu və ölkənin bu təşkilata qoşulacağını diqqətə çatdırıb.
O, eyni zamanda üzv dövlətləri alyansın əsas dəyərlərinə riayət etməyə çağırıb.
Günəş Mərd
tag: Ukrayna, NATO ,Baş Katib ,Yens Stoltenberq ,Alyans ,todaypress.az,