Stoltenberq səlahiyyətlərini Mark Rutteyə təhvil verdi
Dünya
01.10.2024 13:20
NATO-nun Baş katibi Yens Stoltenberq vəzifəsini tərk edib.
TodayPress-in məlumatına görə, bu münasibətlə alyansın mənzil-qərargahında mərasim keçirilib.
Stoltenberq rəsmi olaraq NATO Baş katibinin səlahiyyətlərini Mark Rutteyə təhvil verib.
Qurumun saytında canlı yayımlanan tədbirdə çıxışı zamanı yeni Baş katib Mark Rutte Ukraynaya dəstəyin, eləcə də müdafiə xərclərinin artırılmasını prioritet elan edib.
tag: NATO, Baş katib,Yens Stoltenberq,Mark Rutte,Ukrayna,todaypress.az,