Stoltenberq: "Norveç mallarına rüsum tətbiqinin qarşısını almağa çalışırıq"
Dünya
04.02.2025 18:40
Norveçin yeni maliyyə naziri Yens Stoltenberq bildirib ki, ölkə Norveç mallarına rüsumların tətbiqinin qarşısını almaq üçün əlindən gələni edəcək.
TodayPress xəbər verir ki, siyasətçi bunu mətbuat konfransında deyib.
“Əgər bu baş verərsə, bizə ən yaxın olanlarla, ən azı Avropa İttifaqı ilə sıx əməkdaşlıq etməliyik” Stoltenberq qeyd edib.
Norveç Maliyyə Nazirliyinin yeni rəhbəri də ABŞ ilə rüsumların tətbiqi məsələsində dialoqun mümkünlüyünə inandığını bildirib.
Bununla yanaşı, Stoltenberq Amerika administrasiyasına və onun nümayəndələri ilə münasibətlərə diqqət yetirməyi vacib sayır.
Qiymət Mahir
tag: Norveç,Avropa İttifaqı,rüsum,Stoltenberq,ABŞ,todaypress.az,