Stoltenberq NATO ölkələrini müdafiə xərclərini artırmağa çağırdı
Dünya
19.09.2024 23:02
NATO-ya
üzv ölkələr müdafiə xərclərini artırmalıdırlar, ÜDM-in 2 %-i artıq ittifaqın
təhlükəsizliyini təmin etmək üçün kifayət etmir.
TodayPress xəbər
verir ki, bu barədə NATO-nun səlahiyyət müddəti başa çatan Baş katibi Yens
Stoltenberq Brüsseldə vida nitqi zamanı bildirib.
“Yaxşı xəbər odur ki, 10 il əvvəl
verdiyimiz sözə əməl etdik. Amma pis xəbər odur ki, bu, artıq
təhlükəsizliyimizi təmin etmək üçün kifayət deyil” o deyib.
Stoltenberqin sözlərinə görə, NATO ölkələri
sülhün bədəlini ödəməyə hazır olmalıdırlar.
“Pul nə qədər çox olsa, müdafiəmiz bir o
qədər güclü, mühafizəmiz bir o qədər təsirli, təhlükəsizliyimiz isə bir o qədər
yüksək olar” o vurğulayıb.
Müdafiə xərclərinin nə qədər olması barədə
suala Stoltenberq belə cavab verib
“Hər
bir müttəfiq xərci qiymətləndirməlidir, lakin aydındır ki, bu, ÜDM-in 2 %-dən
xeyli çoxdur”.
O, vurğulayıb ki, alyans ölkələrinin
liderləri insanlara niyə daha çox pul ödəməli olduqlarını izah etməlidirlər.
“Liderlərin vəzifəsi bunun nə üçün
lazım olduğunu, bu çətin qərarların qəbul edilməsinin nə üçün vacib olduğunu
izah etməkdir. Çünki sülh və təhlükəsizlik olmadan heç nə olmayacaq” o əlavə
edib.
tag: NATO, ÜDM,Sülh, Yens Stoltenberq,Brüssel,todaypress.az,