Stoltenberq NATO ölkələrinə çağırış etdi
Dünya
06.09.2024 13:20
“NATO üzvü olan ölkələr Ukraynaya daha çox hərbi yardım göstərməlidir”.
TodayPress xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
"Ukraynanın indi daha çox hərbi dəstəyə ehtiyacı var. Müharibəyə son qoymağın ən sürətli yolu Ukraynaya daha çox silah verməkdir" deyə o, müttəfiq ölkələri Kiyevə dəstəyi davam etdirməyə çağırıb.
Stoltenberq bir daha bəyan edib ki, Ukraynanın özünümüdafiə hüququ var və bu hüquq Rusiya ilə sərhəddə bitmir.
Töhfə Səməd
tag: NATO, Ukrayna, Yens Stoltenberq, Hərbi Dəstək, Rusiya, todaypress.az,