Stoltenberq Kiyevi daha çox silahlandırmağı təklif etdi
Dünya
05.07.2024 16:35
“Ukrayna münqaişəsinin sülh yolu ilə həlli üçün Kiyevə daha çox silah verilməlidir”.
TodayPress xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtonda NATO sammiti çərçivəsində keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, sammit çərcivəsində Ukraynaya silah tədarükünün 40 milyard dollara çatdırılması ilə bağlı qərar qəbul edilməlidir. Stoltenberq bu məbləğə qeyri-hərbi yardımların daxil olmadığını da açıqlayıb.
Töhfə Səməd
tag: Stoltenberq, Ukrayna, NATO, Vaşinqton, Silah, Kiyev, todaypress.az,