Stoltenberq Aİ-yə xəbərdarlıq etdi
NATO-nun səlahiyyət müddəti başa çatan Baş katibi Yens Stoltenberq Avropa İttifaqını alyansla rəqabətdən çəkinməyə çağırıb.
TodayPress xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
O, hesab edir ki, Aİ-nin ayrıca komanda strukturları və Avropanın çevik reaksiya qüvvələri yaratmaq istəyi resursları hərbi blokdan yayındıra bilər.
“Aİ-nin əlavə müdafiə səylərini alqışlayıram, bir şərtlə ki, onlar NATO-nu təkrarlamayacaq və onunla rəqabət aparmayacaqlar” deyə Stoltenberq qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqının vahid ordusunun yaradılması məsələsi dəfələrlə avropalı siyasətçilər tərəfindən qaldırılıb.
Günəş Mərd
tag: NATO, Avropa ,Yens Stoltenberq ,Rəqabət,Alyans ,todaypress.az,