Starmer Trampın hədiyyəsini özündə saxlamaq istəmir
Dünya
01.02.2025 11:14
Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ prezidenti Donald Trampın imzası olan iki beysbol papağını özündə saxlamaq istəməyib.
TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.
Belə ki, 2024-cü ilin sentyabr ayının 26-da Starmer Trampdan "iki imzalı beysbol papağı" alıb. Onların dəyəri 140 funt sterlinq limitindən artıqdır və buna görə Baş nazir onları özündə saxlamaqdan imtina edib.
Böyük Britaniya qanunlarına görə dövlət məmurlarından dəyəri 140 funt sterlinqdən (294 manat) çox olan hədiyyələri bəyan etmələri tələb olunub. Məmurlar hədiyyələri aidiyyatı üzrə nazirliyə verə və ya özlərində saxlaya bilərlər. İkinci halda, 140 funt sterlinqdən artıq olan fərqi nazirliyə ödəməlidirlər.
Nicat Osman
tag: Böyük Britaniya,Baş nazir,Tramp,Hədiyyə,Kir Starmer,Todaypress.az,